31 Jan 2018

31Jan 2018

06 Avqust 2016-cı il tarixlərində Gəncədə təlimlər keçirilmişdir

Kateqoriya: Sosial, Mədəni, Gəncə,

06 Avqust 2016-cı il tarixlərində Gəncədə təlimlər keçirilmişdir

06 avqust 2016-cı ildə Gəncədə əlilliyi olan insanlar üçün tədbir keçirilib
 
06 avqust 2016-cı il tarixində Gəncə Şəhərində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.

Təlimdə Gəncə şəhər icra hakimiyyətinin, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, Qarabağ müharibəsi veteranları təşkilatı  və Çernobıl cəmiyyəti nin, eyni zamanda müxtəlif qrup əlilliyi olan insanlar iştirak etmişdir.

Tədbirdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik” mövzusunda təqdimat etdi. Təlim zamanı mövcud Ombudsman təssisatının əlillərin fəaliyyətinin qorunmasında fəaliyyəti və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verildi.


Təlimdə əliliyi olan şəxslərin yaşam şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər səsləndi. Təlim interaktiv formada keçirildi. İştirakçılar çox fəal idilər. Təlimdə 26 nəfər iştirak etmişdir.