12 Oct 2017

12Oct 2017

17 noyabr 2016cı il tarixində Şəmkirdə təlimlər keçirilmişdir

Kateqoriya: Sosial, Mədəni, Şəmkir,

17 noyabr 2016cı il tarixində Şəmkirdə təlimlər keçirilmişdir

Layihənin həyata keçirilməsi ilə bağlı Gəncə şəhəri Nizami rayon bələdiyyəsində məlumatlandırma sessiyası keçirild i. Məlumatlandırma sessiysında Nizami rayon bələdiyyəsinin məsul işçiləri iştirak etdilər (6 nəfər). Ünvanlı sosial yardımla bağlı vətəndaşların bələdiyyəyə də müraciət etdikləri qeyd olundu. Növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayonu şöbəsində keçirildi. Məlumatlandırma sessiyasında DSMF Kəpəz rayonu şöbəsinin rəhbərliyi və əməkdaşları iştirak etdilər. Digər görüş xüsusi qayğıa ehtiyacı olan uşaqların valideynləri (Valideyn icması) ilə keçirildi. Həmin görüşdə eyni zamanda “Regional inki.af üzrə maarifləndirmə” ictimai birliyi, Uşaq Fondu, Gənclərin sosial və iqtisadi təşəbbüslərinə dəstək ictimai birliyi olan QHT nümayəndələri də görüşdə iştirak etdilər.

Samux rayonu icra hakimiyyətinin Samux şəhəri üzrə icra nümayəndəliyi və Samux rayonu Samux şəhər bələdiyyəsində və eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsində də görüş keçirildi. Görüşlərdə adı qeyd olunan qurumların məsul işçiləri iştirak etdilər. Qeyd olundu ki, vətəndaşlar ÜSY ilə bağlı qeyd olunan qurumlara müraciət edirlər.

Gəncə şəhərində və Samux rayonunda ÜSY ilə bağlı təlimlərdə iştirak edəcək iştirakçılar (ÜSY üçün müraciət etmək istəyənlər) müəyyən olundu.