31 Jan 2018

31Jan 2018

2 Iyun 2017-ci il tarixində Goranboyda ictimai dinləmələr keçirilib

Kateqoriya: Sosial, Mədəni, Goranboy,

2 Iyun 2017-ci il tarixində Goranboyda ictimai dinləmələr keçirilib

02 iyun 2017-ci ildə Goranboy rayonunda keçirilən ictimai dinləmə barədə məlumat


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Goranboy rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunmuşdur. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim etdilər.

Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə ekspert Rövşən Novruzov açaraq layihənin bu günə qədər icrası barədə məlumat verdi. Sonra Goranboy rayonu icra hakimiyyəti başçısının sosial-iqtisadi məslələr üzrə müavini Elçin İsmayılov rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, İSİM-ə və Aİ-yə bu tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları onları narahat edən sualları və təkliflərini səsləndirməyə başladılar.

Belə ki:
Çernobıl Əlillər Cəmiyyəti Goranboy rayon şöbəsinin sədri, 2-ci qrup əlil Namik Məmmədov yaşadığı Qızıl Hacılı kəndində 2400 ev təsərrüfatının olmasını qeyd edərək, kəndin içməli suya ehtiyacı olduğunu dedi. Xüsusən də 60 ailənin ehtiyacı suya daha böyükdür. Xahiş etdi ki, bu məsələyə diqqət edilsin.


Goranboy şəhər bələdiyyəsinin üzvü Abbasqulular kəndində yaşayan Məcid Abdullayev də yaşadığı kənddə içməli su probleminin olduğunu gündəmə gətirdi.
  “Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədri, 2-ci qrup əlil Orxan Əliyev kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirdi və 10 nəfər də əlilliyi olan insanın da həmin müəssisədə iş tapacağını qeyd etdi. Lakin sahibkarlıq subyektinə işıq çəkilməsi onun üçün problem məsələ olubdur və ona köməklik göstərilməsini xahiş etdi.
Abbasqulular icmasının nümayəndəsi Nəzakət Hüseynova əlil uşağının ürək əməliyyatına ehtiyacı olmasını qeyd etdi.sı təklifi ilə çıxış etdi. 


2-ci qrup əlil Elşən Əliyev Goranboy rayonunda da suya ehtiyacları olduğunu göstərdi və əkin sahələrini suyun olmaması ucbatından əkib-becərə bilmirlər. 

Eyni zamanda digər tədbir iştirakçıları tərəfindən bank kreditlərinin faizinin yüksək olması da vurğulandı.

İctimai dinləmə çox işgüzar bir şəraitdə keçirildi. Tədbirdə qaldırılan suallara Goranboy rayon icra hakimiyyətinin, DSMF rayon şöbəsinin əməkdaşları qaldırılan sualları cavablandırdılar. İctimai dinləmədə 26 nəfər iştirak etmişdir.

İctimai dinləmənin sonunda tədbir iştirakçıları üçün çay-kofe süfrəsi təşkil olundu. Layihə öz icrasını uğurla davam etdirir.