31 Jan 2018

31Jan 2018

7 Sentyabr 2017 iı il tarixində G[yg[ld' ictimai dinləmələr keçirilib

Kateqoriya: Sosial, Mədəni, Göygöl,

7 Sentyabr 2017 iı il tarixində G[yg[ld' ictimai dinləmələr keçirilib

 07 sentyabr 2017-ci ildə Göygöl rayonunda keçirilən ictimai dinləmə barədə məlumat


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Göygöl rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunmuşdur. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim etdilər.

Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə Göygöl rayonu icra hakimiyyətinin nümayəndəsi Vüqar Hüseynov açdı. Sonra ekspert Rövşən Novruzov layihənin bu günə qədər icrası barədə məlumat verdi. Tədbir iştirakçıları onları narahat edən sualları və təkliflərini səsləndirməyə başladılar. Belə ki, :
Qarabağ müharibəsi əlili - İlqar İsmayılov müharibə veteranı kimi ev ala bilmədiyini və eyni zamanda iş yeri tapa bilmədiyini qeyd etdi. 
Qarabağ müharibəsi əlili – Rüfət Abbasquliyev əlil uşağına verilən pensiya məbləğinin az olmasını diqqətə çatdırdı.
Qarabağ müharibəsi əlili – Azay Müseyibov işsiz olduğunu, iş yeri tapa bilmədiyini vurğuladı və əliliyi olan insanlar üçün xüsusi iş yerlərinin açılmasının vacib olduğunu göstərdi. 
Qarabağ müharibəsi əlili – Həbib İsmayılov işsiz olduğunu və iş yeri tapa bilmədiyini qeyd etdi.
2-ci qrup əlil, Göygöl rayon əlil qadınlar cəmiyyətinin sədri Süsən Qurbanova əliliyi olan insanlar üçün iş yerlərinin açılmasının vacibliyini xüsusi qeyd etdi. Yaxşı olardı ki, əliliyi olan insanlar istəklərinə uyğun peşə öyrənsinlər. 
Əlil Rövşən Kamalov da iş yeri tapa bilmədiyini qeyd etdi.
Əlil uşaq valideyni - Yasəmən Yusibova iş yerinin olmaması və eyni zamanda kredit borcunu banka ödəyə bilmir və bununla bağlı problem yaşadığını qeyd etdi. 
Eyni zamanda digər tədbir iştirakçıları tərəfindən bank kreditlərinin faizinin yüksək olması da vurğulandı.

İctimai dinləmənin yekunu olaraq əliliyi olan insanlar üçün iş mərkəzlərinin təşkil olunması (məşğulluq məsələsi) çox önəmli bir məsələdir. 

İctimai dinləmə çox işgüzar bir şəraitdə keçirildi. Tədbirdə qaldırılan suallara Goranboy rayon icra hakimiyyətinin, DSMF rayon şöbəsinin əməkdaşları qaldırılan sualları cavablandırdılar. İctimai dinləmədə 34 nəfər iştirak etmişdir.

İctimai dinləmənin sonunda tədbir iştirakçıları üçün çay-kofe süfrəsi təşkil olundu. Layihə öz icrasını uğurla davam etdirir.