12 Oct 2017

12Oct 2017

13 yanvar 2017-ci ildə, Samux Rayonunda ictimai dinləmələr keçirilmişdir

Kateqoriya: Sosial, Mədəni, Samux,

13 yanvar 2017-ci ildə, Samux Rayonunda ictimai dinləmələr keçirilmişdir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Samux rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunmuşdur. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim etdilər.

Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə ekspert Rövşən Novruzov açaraq layihənin bu günə qədər icrası barədə məlumat verdi. Sonra Samux rayonu icra hakimiyyətinin nümayəndəsi Azər Əhmədov rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, İSİM-ə və Aİ-yə bu tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları onları narahat edən sualları və təkliflərini səsləndirməyə başladılar. Belə ki, :

2-ci qrup əlilliyi olan Səfər Hüseynov Samux rayonu Sərkar kəndində yaşayır və
Sərkar kəndində musiqi məktəbinin təmirə ehtiyacı olduğunu qeyd etdi. Eyni  zamanda ÜSY ilə bağlı probleminin olduğunu dedi.

2-ci qrup əlilliyi olan Yaşar Məmmədov Samux rayonunun Qarayeri qəsəbəsinin Əli kəndində yaşayır evinin divarının uçması ilə bağlı aidiyyatı
qurumlara müraciət edtdiyini dedi və bu günə qədər onun problemi öz həllini tapmamışdır. Onun ailə üzvüləri 8 nəfərdən ibarətdir.

1-ci qrup əliliyi olan Samux rayonu İnsititut qəsəbəsində yaşayan Ömər Rüstəmov Samux rayonunda əvvəl kediyimiz təlim zamanı probleminin olduğunu qeyd etmiş və onun problemi bizim müdaxiləmizdən sonra öz həllini tapdığına görə tədbir iştirakçıları arasında öz təşəkkürünü bildirdi (Onun problemi ondan ibarət idi ki, ona avtovağzal ərazisində kiçik ticarətlə məşğul olmağa şərait yaradılmırdı və məsələ öz həllini tapdı). Eyni zamanda Ömər Rüstəmov yaşadığı qəsəbədə məktəbin idman zalının olmamasını vurğuladı və qeyd etdi ki, uşaqlar idman dərsini və eyni zamanda məktəbin tədbirlərini keçirməkdə çətinlik çəkirlər (qeyd edək ki, həmin məktəbdə 900 şagird təhsil alır, Gəncə şəhərinin Natavan qəsəbəsindən də həmin məktəbdə xeyli sayda şagird təhsil alır). Əgər belə tikili binamız olarsa da, qəsəbə sakinləri həmin binadan müxtəlif tədbirlərin keçirilməsi üçün səmərəli istifadə edə bilərdilər.

2-ci qrup əlilliyi olan Samux rayonu Sarı Qamış kəndində yaşayan Rafiq Quliyev kəndin yollarının bərbad vəziyyətdə olmasını və eyni zamanda mədəniyyət evinin də təmirə ehtiyacı olmasını göstərdi.

2-ci qrup əlilliyi olan Samux rayonu Ziyadlı kənd sakini Ədalət İbrahimov kəndin su probleminin olmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

1-ci qrup əlilliyi olan Samux rayon sakini Cəlil Həsənov torpaq probleminin olmasını qeyd etdi.

Azərbaycan Qarabağ Müharibəsi Əlililəri və Şəhid Ailələri ictimai birliyi Gəncə şöbəsinin sədri, 2-ci qrup əlil Mizəmməd Orucov tədbir təşkilatçılarına təşəkkürünü bildirməklə yanaşı, təmsil etdiyi təşkilatın üzvlərinin kompyuter bilik və bacarıqlarına yiyələnmələrinə böyük ehtiyac olduğunu xüsusilə vurğuladı.

2-ci qrup əlilliyi olan Samux rayonu Kolayır kəndində yaşayan Zeynəb Muxtarova ÜSY probleminin olmasını qeyd etdi.

Samux rayonu Kolayır kənd sakini Elnarə Bağırova ÜSY bağlı ilə probleminin olmasını göstərdi.

Samux rayonu Kolayır kənd sakini Sədaqət Əliyeva ÜSY-nin verilməsinin dayandırılmasını qeyd etdi.

İctimai dinləmə çox işgüzar bir şəraitdə keçirildi. Tədbirdə qaldırılan suallara Samux rayonu icra hakimiyyətinin, Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin, Rayon Məşğulluq idarəsinin, DSMF rayon şöbəsinin, Samux şəhəri bələdiyyəsinin rəhbər və əməkdaşları qaldırılan sualları cavablandırdılar. İctimai dinləmədə 34 nəfər iştirak etmiş və tədbir ART24 TV kanalında və Samux rayon icra hakimiyyətinin internet səhəfəsində işıqlandırılmışdır. TV-də işıqlandırılan xəbərlə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.kepeztv.az/news/id/18337