12 Oct 2017

12Oct 2017

10 fevral 2017-ci ildə Şəmkirdə ictimai dinləmələr keçirilib

Kateqoriya: Sosial, Mədəni, Şəmkir,

10 fevral 2017-ci ildə Şəmkirdə ictimai dinləmələr keçirilib

Şəmkirdə ictimai dinləmələr keçirilib

10 fevral 2017-ci il tarixində, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Şəmkir rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunmuşdur. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim etdilər.

Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə Şəmkir rayonu icra hakimiyyətinin nümayəndəsi Ruhid Hacıyev açaraq, rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamladı, İSİM-ə və Aİ-yə bu tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirdi. Sonra Rövşən Novruzov həyata keçirilən layihənin icrasının gedişatı barədə məlumat verdi.

Tədbir iştirakçıları onları narahat edən sual və təkliflərini səsləndirməyə başladılar.

Suallar əsasən
- müharibə veteranlarının durumunun yaxşılaşdırılması
- əlilliyi olan vətəndaşlar üçün xüsusi iş mərkəzlərinin yaadılması
- regionda əlavə rehabilitasiya xidmətlərinin təşkil edilməsi
- bir çox xidmətlərin regionda göstərilməsi, Bakıya getməyə ehtiyacın qalmaması
- əlillərə göstərilən tibbi xidmətlə bağlı problemlərə aid idi.

Bütün səsləndirilmiş suallar yerli icra hakimiyyəti orqanları və müvafiq strukturlar tərəfindən cavablandırıldı. Ümumilikdə tədbirə 25 iştirakçı qatıldı.

Tədbir yerli televiziyalar vasitəsilə yayılmışdır: http://www.kepeztv.az/news/id/19078

Tədbir kofe və nahar fasiləsi ilə yekunlaşdırıldı